AZ

Sahildə kəsilmiş insan başı tapıldı

ABŞ-ın Florida ştatında çimərlikdə kəsilmiş insan başı tapılıb.

bakuinfo.net xarici mediaya istinadən xəbər verir ki, dalğaların sahilə atdığı insan başı bir işçi tərəfindən tapılıb.

O, dərhal polisə xəbər verib. Hadisə yerinə gələn polis başın kişiyə, yoxsa qadına aid olduğunu müəyyən edə bilməyib. Şəxsin kimliyini tapmaq üçün kəsilmiş baş tibbi ekspertizaya göndərilib.

Polis hadisənin bu yaxınlarda Mayami-Biçdə itkin düşdüyü bildirilən yeniyetmə ilə bağlı olub-olmadığını araşdırır. Lakin dəqiq nəsə demək üçün hələ tez olduğunu bildirilib.

Hadisə yerli camaatı xeyli narahat edib.

Onlar: "Biz burada hər şeyi görmüşük, amma heç vaxt bu qədər dəhşətlisini görməmişik. Artıq çimərliyə getməyə qorxuruq", - deyə bildiriblər.

Faktla bağlı genişmiqyaslı araşdırmalar davam edir.

Seçilən
46
bakuinfo.net

1Mənbələr