Jakob Mudenda Azərbaycana səfərə gəlib
Noyabrın 15-də Zimbabvenin Milli Assambleyasının sədri Jakob Mudenda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları Mahir Süleymanlı, Şahin İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.