AZ

COP29 çərçivəsində tezliklərdən istifadə və radiomonitorinq tədbirləri

 

COP29 tədbiri çərçivəsində radioelektron vasitələrin (REV) istifadəsi üçün tezliklərin ayrılması və həmin REV-lərin test və etiketlənməsi işləri davam edir. Həmçinin tədbirin təşkili və işıqlandırılması məqsədilə ayrılmış tezlik nominallarına radiomaneə təsirlərinin qarşısını almaq üçün müvafiq radiomonitorinq tədbirləri də həyata keçirilir.

Musavat.com xəbər verir ki, görülən işlər çərçivəsində tədbir müddətində istifadə olunan radioxidmətlər üzrə ayrılmış radiotezliklər monitorinq edilir, mobil rabitə operatorlarının müxtəlif texnologiyalar üzrə siqnal əhatə dairəsi və qəbul səviyyələri yoxlanılır.

Bu günədək radiotezliklərdən istifadə sahəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin iştirakı ilə 680-dək müraciət cavablandırılıb və 2000 ədəd radioelektron vasitənin (REV) istifadəsinə müvafiq icazələr verilib. Verilmiş icazələr əsasında 1550-dək REV-in etiketlənərək məkanda istifadəsinə başlanılıb. REV-lərin istifadəsinə maneə yarada biləcək 65-dək potensial radioşüalanma mənbəyi müəyyən olunub və onların qarşısını almaq üçün zəruri tədbirlər görülüb.

REV-lərin test və etiketlənməsi, eləcə də radiomonitorinq tədbirləri tədbir iştirakçılarının və media qurumlarının radioxidmətlərdən maneəsiz və səmərəli istifadəsinin təmin olunmasında mühüm rol oynayır.

Seçilən
32
3
musavat.com

4Mənbələr