AZ

Noyabrın 15-də zoomüdafiəçi Kamran Məmmədli COP29 iqlim konfransı ərazisində etiraz aksiyası keçirərkən saxlanılıb. O, küçə itlərinin vurulmasına etiraz edib.

Məmmədli "Azərbaycan hakimiyyəti küçələrdə itləri güllələyir!” şüarını qaldırıb. Həmçinin "Könüllülük adı altında gənclərə yaltaqlıq öyrədənlərə istefa!” qışqırıb.

Məmmədli mühafizə xidmətinin əməkdaşları tərəfindən aparılıb. Eyni zamanda Məmmədlini lentə alan iki jurnalist - Aytac Tapdıq və Xəyalə Ağayeva zorakılıqla aksiya yerindən uzaqlaşdırılıb. Qızları zorla COP29 arenasından çıxarıblar və telefonlarını götürüblər. Hazırda fəal ilə əlaqə saxlamaq mümkün deyil, onun yeri məlum deyil.

COP29 təşkilatçılarından şərh almaq mümkün olmayıb.

Seçilən
209
turan.az

1Mənbələr