Bakı. Trend:
Şotlandiyanın Edinburq şəhərinin simvollarından biri kimitanınan, qədim vulkan mənşəli “Arthur’s Seat” (“Arturun taxtı”)zirvəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günümünasibətilə Azərbaycan bayrağı dalğalandırılıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə DövlətKomitəsi məlumat yayıb.
Bildirilib ki, bayrağımızı Qlazqo, Aberdin və Edinburquniversitetlərinin tələbələrinin təşəbbüsü ilə yaradılan Azərbaycancəmiyyətlərinin üzvləri ucaldıb.
Qeyd edək ki, Qlazqo Azərbaycan Cəmiyyəti 2022-ci, AberdinAzərbaycan Cəmiyyəti 2023-cü və Edinburq Azərbaycan Cəmiyyəti isə2024-cü ildə azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Diasporlaİş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir çox layihəni uğurlahəyata keçirən hər üç cəmiyyət Azərbaycanı beynəlxalq səviyyədətanıtmaq, ölkəmizin mədəniyyətini, tarixini və milli dəyərlərinidünyaya çatdırmaq işində fəallıq göstərir.