AZ

Bağ evi aldılar: Həyətdə bunker tapıldı- İlginc

Böyük Britaniyada bir cütlük mülklərindəki binaları təmir etmək qərarına gəldilər və gözlənilmədən bağ evlərinin altında İkinci Dünya müharibəsindən qalma bunker tapdılar.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Jam Press”də dərc olunub.

Xəbərdə qeyd olunur ki, Ketrin və Liam Milburn iki övladı ilə üç il əvvəl Soutviçdəki bir kənd evinə köçürlər. Bütün bu müddət ərzində ailə bağçasında köhnə bomba sığınacağı olduğunu bilmirdi.

Bağda qazıntı zamanı cütlük üç metr uzunluğunda beton platformanın fərqinə varıb. İçəridə polad çubuqlar və daha dərində bir büzməli dəmir təbəqə tapıb.

1940-cı ildən bəri bu bunkerlər faşist Almaniyasının bombalanmasından qorunmaq üçün bütün ölkədə fəal şəkildə tikilirdi.

Cütlük bunkeri saxlamağa qərarlıdırlar. Ketrinin sözlərinə görə, onlar artıq orada ekskursiya təşkil etməyi planlaşdırırlar.

Məlum olub ki, cütlüyün evinin yerində əvvəllər kənd poçt şöbəsi yerləşib.


Müəllif: Pərvin Cəfərova
Seçilən
66
2
teleqraf.com

3Mənbələr