AZ

Tacikistanın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycan və Tacikistan “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr COP29 çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Tacikistanın energetika və su resursları naziri Daler Cuma arasında keçirilən görüşdə aparılıb.

Hımçinin, D. Cuma ilə görüşdə COP çərçivəsində “Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumu”nun keçirilməsinin əhəmiyyətindən danışılıb. Tacikistana neft tədarükü və bərpa olunan enerji layihələrində Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.

Həmçinin, P. Şahbazov İordaniyanın energetika və mineral resurslar naziri Saleh Al-Kharabsheh ilə də görüş olub. Görüşdə neft-qaz, neft emalı sahələrində əməkdaşlıq potensialı üzrə müzakirələr aparılıb. İordaniyanın Azərbaycanın enerji təşəbbüslərinə dəstək ifadə olunub.

Bundan başqa, P. Şahbazovun “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşdə isə şirkətlə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi ilə bağlı görülən işlər nəzərdən keçirilib. Ümumi gücü 500 MVt olan ixrac məqsədli günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Seçilən
74
far.az

1Mənbələr