AZ

Ordubada dair monoqrafiya nəşr olunub - Foto

Ordubada

Ordubad - mənbələr və formalaşması kitabı çapdan çıxıb.

Reyting.az
xəbər verir ki, “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən ərsəyə gətirilmiş bu kitab Ordubadın unikallığını bariz şəkildə əks etdirir.

“Ordubad – mənbələr və formalaşması” adlı monoqrafiya Ordubad qoruq ərazisinin tarix-mədəniyyət abidələrinin konfiqurasiyasından, eləcə də tikinti, şəhərsalma və arxitekturasından bəhs olunan müfəssəl elmi-tədqiqat işidir.

Kitabda Ordubad şəhərinin memarlıq-planlaşdırma xüsusiyyətləri, şəhər mərkəzinin inkişafı, yaşayış məhlələrinin, mülki qurğularının memarlığı, mühəndis kommunikasiya sistemlərinin quruluşu araşdırılıb və öyrənilib.

Yeni redaktədəki nəşrdə Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı və Nazirlər Kabinetinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nə dair Qərarı yer alıb.

İlk dəfə ruscadan Azərbaycan dilinə tərcümə edilmiş Ordubadın tarixi-memarlıq abidələri haqqında belə hərtərəfli qaynaq müasir dövrdə də elmi və dövlət müəssisələri, o cümlədən yeni mərhələ və nəsil üçün zəngin məlumat bazası – informasiya mənbəyidir.

Akademik çap Ordubad rayonunun Baş planının təkmil işlənilib-hazırlanmasında dəyərli mənbə ola və bu işə töhfə verə bilər.

Kitab geniş oxucu kütləsi, ali məktəb müəllimləri və tələbələri, habelə memarlar, planlaşdırma və tikinti təşkilatları üçün nəzərdə tutulub.

Geniş məzmunlu-Ordubadın tarix-mədəniyyət abidələrinin pasportu halında tədiq edilib hazırlanmış kitabın yeni redaktədə nəşr olunması Dövlət Başçısı İlham Əliyevin müvafiq Sərəncamına dəstəyi ifadə edir.

Kitab pulsuz paylanılır.

Əldə etmək istəyənlər, “Tusi” Xeyriyyə Cəmiyyətinə müraciət edə bilərlər.

Seçilən
30
1
reyting.az

2Mənbələr