“Qalatasaray”ın hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqda ittiham olunub.
Bizim.Media AS nəşrinə istinadən xəbər verir ki, Vandanın İkardidən şikayətçi olduğu bildirilir.
Futbolçunun “Vanda Naraya qarşı birbaşa və ya dolayı təqib, hədə-qorxu hərəkətlərindən çəkinməli olduğu” haqda qanuni hərəkətlərə dair bildirişlər aldığı deyilir. Argentinalı forvard noyabrın 15-də Buenos-Ayresdəki mülki məhkəmə qarşısında çıxış edəcək.
Keçmiş həyat yoldaşları arasında münaqişə futbolçunun zədələnərək Argentinaya qayıtmasından sonra baş verib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta