AZ

“Schneider Electric” şirkətinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində Fransanın “Schneider Electric” şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüb.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin, yaşıl enerji təhlükəsizliyi tədbirləri, yaşıl keçid layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Seçilən
70
2
vergiler.az

3Mənbələr