Xəbər verdiyimiz kimi, Mauro İkardi Naranın qızları ilə birlikdə yaşadığı Argentinadakı öz evinə gedib. Lakin argentinalı ulduz evdə olarkən Naranın evə yeni sevgilisi L-Qante ilə gəldiyini görüb.

İkardinin isə Wanda Nara-L-Gante cütlüyünü evə qəbul etmədiyi bildirilib. Mübahisədən sonra Wanda Nara evə yenidən tək gəlib və iddiaya görə, Mauro İkardi Wanda Nara qapını açdıqdan sonra ikili arasında mübahisə alovlanıb.

İndex.az xəbər verir ki, İkardinin “Qızlarımı heç vaxt sənə verməyəcəm” deyərək uşaqların vəlayətini istədiyi bildirilir. Müzakirə daha da qızışdıqca, Wanda Nara daha bir şok addım atıb. Məşhur model qadına qarşı zorakılıq iddiası ilə Argentina polisinə zəng edib.

Hadisədən sonra barəsində şikayət edilən Mauro İkardinin 106 saylı məhkəmədə ifadə verəcəyi bildirilib.

Gündəmə damğasını vuran hadisədən sonra Mauro İkardi susqunluğunu pozub. Argentina mətbuatından “Socios del Especteculo”ya danışan ulduz futbolçu bunları deyib:

“Bunların hamısı Wandanın şişirtməsidir. Mən heç vaxt heç bir zorakılıq tətbiq etməmişəm. Bu, mənim evimdir və mənim hüquqlarım var. O, hər şeyi mediaya ötürür və şəxsi məqsədləri üçün hər şeyi uydurur. Sosial şəbəkədə ona göndərdiyim mesajı ifşa etdi və hamının gözü qarşısında məni axmaq etdi. Bu, psixoloji zorakılıqdır”.