AZ

COP29 çərçivəsində IDEA və “Clean Air Fund” tərəfindən panel müzakirələri təşkil olunub (FOTO)

Bakı. Trend:

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimaiBirliyi və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı iləBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanpavilyonunda “Təmiz havanın uşaq və yeni doğulan körpələrinsağlamlığı üçün əhəmiyyəti” mövzusunda panel müzakirəsi təşkiledilib.

Trend xəbər verir ki,tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verəbiləcəyi töhfəni qeyd edib.

Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarlainsanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki,adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik vədayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.

Sonra Leyla Əliyeva Azərbaycan Respublikası tərəfindən görüləntədbirlər, o cümlədən dayanıqlı ictimai nəqliyyat vasitələri,hibrid və elektroavtomobillərdən istifadənin genişləndirilməsiistiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına məlumatverib.

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihəvə tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzindətəşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeydedib. Bununla bərabər, “Məktəb bağları” layihəsi çərçivəsində Bakışəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çoxağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinəçatdırılıb.

Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın səhiyyə naziriTeymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-ninUşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf MühitQlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondununvitse-prezidenti, “Partnership for Maternal, Newborn & ChildHealth” təşkilatının İdarə heyətinin üzvü Flavia Bustreo və gəncətraf mühit fəalı Francisco Vera iştirak ediblər.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Seçilən
152
17
az.trend.az

10Mənbələr