AZ

Finlandiyada Rusiyanın 30-dan çox daşınmaz əmlak obyekti ələ keçirilib

Məhkəmə icraçıları əlavə olaraq Ukrayna şirkətlərinin tələbi ilə Finlandiyadakı 30-dan çox Rusiya daşınmaz əmlakına həbs qoyublar.

 

Oxu24.com xəbər verir  ki, bu barədə STT agentliyi məlumat yayıb.

 

Müsadirə olunan yeni obyektlərin dəyəri 10 milyon avronu ötür.

 

Oktyabrın sonunda Finlandiya hakimiyyəti tərəfindən ələ keçirilən Rusiya Federasiyasına məxsus 10 mənzildən əlavə, hazırda 30-dan çox obyekt müsadirə olunub.

 

Əvvəllər onlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

 

Bundan əvvəl Ukraynanın "Naftoqaz" şirkətinin iddiası əsasında Finlandiyadakı 5 Rusiya daşınmaz əmlakına həbs qoyulmuşdu.

 

Eyni iş çərçivəsində torpaq sahəsi və Rusiya Elm və Mədəniyyət Mərkəzinin (RXM) binası da ələ keçirilib.

Müsadirə qüvvədə olduğu müddətdə Rusiya əmlakı köçürə, məhv edə və ya girov qoya bilməz.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Ukraynanın tələbi ilə Finlandiyadakı əmlakının müsadirəsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Əvvəllər Finlandiyanın həbsi altında olan Rusiyanın ən bahalı daşınmaz əmlakının adı açıqlanıb.

 

Nigar

 

Seçilən
31
oxu24.com

1Mənbələr