AZ

Rekord az çəki ilə vaxtından əvvəl doğulmuş körpə dünyaya gəlib

Rusiya Kommunarka perinatal mərkəzinin həkimləri çəkisi rekord dərəcədə aşağı olan 400 qram qız uşağı dünyaya gətirib. 

Demokrat.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Körpə tam müddətindən üç ay tez doğulub. Anası hamiləliyin 24-cü həftəsində tibb müəssisəsinə yerləşdirilib. Qadın baş ağrılarından və yüksək təzyiqdən əziyyət çəkib. Həkimlər xəstəyə təcili qeysəriyyə əməliyyatı etmək qərarına gəliblər.

Əvvəlcə doğulan qız süni nəfəs aparatına qoşulub. Həkimlər uşağın sağlamlığı üçün mübarizə aparıb və qalib gəliblər. Körpə artıq anası ilə birlikdə evə göndərilib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
79
demokrat.az

1Mənbələr