AZ

Şolts iki ildən sonra Putinlə nə danışdı?

  Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə iki ildən sonra ilk dəfə telefon danışığı aparıb.

Söhbət bir saat davam edib.

Şolts Putini Ukraynadakı silahlı münaqişəyə son qoymağa və qoşunları geri çəkməyə çağırıb.

Kansler Rusiyanı ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara hazır olduğunu göstərməyə səsləyib.

Şolts həmçinin Almaniyanın lazım olduğu müddətdə Ukraynanı dəstəkləməkdən vaz keçməyəcəyini vurğulayıb./Globalinfo.az  

Seçilən
26
50
referans.az

10Mənbələr