AZ

Elektromobil şarj stansiyaları ilə bağlı vahid mobil tətbiqə ehtiyac var VİDEO

Elektromobillərin şarj edilməsi üçün istifadə edilən mobil tətbiqlərin çoxluğu sürücülər arasında çaşqınlığa səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyirlər ki, Bakıda onlarla elektrik doldurma stansiyası və onların da ayrı-ayrı tətbiqləri var. Seçim çoxluğu həm də tətbiq çoxluğuna gətirib çıxarıb. Bu da onlarla fərqli tətbiq deməkdir. Ona görə də sürücülər elektromobillərin şarj edilməsi üçün bütün stansiyalar haqqında məlumatların cəmləşdiyi vahid mobil tətbiqin yaradılmasını istəyirlər.

Sürücülərin sözlərinə görə, bəzən tətbiq yanlış məlumat verir. Çünki proqramda boş göstərilən stansiya əslində dolu olur.

Mütəxxəsislərin fikrincə, vahid tətbiqdə bütün stansiyaların məlumatlarının cəmlənməsi sürücülər üçün prosesi əlçatan edər.

Əldə etdiyimiz məlumata görə, aidyyəti qurumlar tərəfindən vahid tətbiqin yaradılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
60
1
xezerxeber.az

2Mənbələr