AZ

"ABŞ-nin uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan məmnunluq duyuram"- Dövlət katibinin köməkçisi

Image

Burada nazir müavini ilə birlikdə olmaqdan və Amerikanın uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan böyük məmnunluq duyuram. Azərbaycan ABŞ-ın onilliklər ərzində gördüyü bir çox işin və enerji sahəsində çoxsaylı müzakirələrin mərkəzində olub.

Bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə keçirilmiş “İstehsaldan daha çoxu: Enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” mövzusunda sessiyada deyib.

“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunu görürük. Təmiz enerji iqtisadiyyatına investisiya ABŞ-da il ərzində təxminən yarım trilyon dollara yaxındır”, - deyə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi bildirib.

ZÜMRÜD





Seçilən
45
12
baki-xeber.com

10Mənbələr