AZ

BMT rəsmisi “ASAN xidmət”də olub

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xatib “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ona qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dima Əl-Xatib “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi sahəsində təqdirəlayiq olduğunu deyib. O, həmçinin həmin təcrübənin, burada tətbiq edilən innovativ yeniliklərin öyrənilməsində və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, səyyar “ASAN xidmət”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Qeyd edək ki, Dima Əl-Xatib Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Seçilən
31
4
yeniazerbaycan.com

5Mənbələr