AZ

Argentina prezidenti ABŞ-la ittifaq yaratmaq istəyir

Argentina prezidenti Xavyer Miley ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqo malikanəsində keçirilən tədbirdə ABŞ, İsrail və İtaliya ilə ittifaq təklif etmək istəyib, lakin çıxışını bitirməyə mane olub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə El Destape məlumat yayıb.

 

Çıxışının sonunda Miley bildirib ki, “barbarlığa müqavimət göstərmək üçün birləşmək və Qərb irsinin keşikçiləri, yeni siyasi bağlar yaradan azad xalqların ittifaqı yaratmaq lazımdır”. Lakin bu zaman tədbirin moderatoru ona yaxınlaşaraq çıxışını bitirməsini xahiş edib.

Eyni zamanda, radiostansiya qeyd edir ki, Argentina lideri çıxışının növbəti hissəsində ABŞ-ın şimalda, Argentinanın cənubda, İtaliyanın Avropada, İsrailin isə lider olacağını bəyan etməli idi. 

Daha əvvəl Miley bildirmişdi ki, Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra “azadlıq küləkləri” daha da güclü əsməyə başlayıb. O, seçki kampaniyası zamanı Trampa kömək edən amerikalı milyarder və sahibkar İlon Maskın hərəkətlərini də yüksək qiymətləndirib.

 

Nigar

 

Seçilən
73
oxu24.com

1Mənbələr