AZ

Deputat: “Azərbaycan beynəlxalq həmrəylik nümayiş etdirir”

“COP29-un keçirildiyi ərəfədə Azərbaycana qarşı qarayaxma kompaniyası aparanların canfəşanlığı iflasa uğradı. Baykotsevərlərin arzuları puç oldu. Bunu mən demirəm statistika deyir”.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, 80-dən yuxarı dövlət və hökumət başçılarının, 196 dövlətdən gələn nümayəndə heyətlərinin, 72 000 iştirakçının qeydiyyatdan keçməsi, özü-özlüyündə reallığı əks etdirir:

“Sammitin gündəliyində olan məsələləri 3000 mətbuat işçisi operativ olaraq işıqlandırır. Sammitin başa çatmasına bir həftə vaxt qalmasına baxmayaraq, artıq ilkin razılaşmalar əldə olunub. 10 ildən artıq bir müddətdə mübahisə predmeti olmuş Paris razılaşmasının 6.4 bəndinin icrasına start verilib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam Bankı arasında əldə olunmuş razılığa əsasən 175 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur. Müqayisə üçün deyim ki, indiyə qədər ən çox vəsait 75 milyard idi. Bu baxımdan COP 29-u tarixi adlandırmaq olar. Hesab edirəm ki, COP 29 yekun nəticələrinə görə, ən uğurlu sammitlərdən biri kimi tarixə düşəcəkdir”.

Deputat vurğulayıb ki, Avropa İttifaqının xarici məsələlər üzrə komissarı Borrelin fikirləri isə, yumşaq desək təəssüf doğurur:

“Siyasi və mənəvi baxımdan səhvdir. Diplomata yaraşmayan, irqi, dini zəmində təhqirdir, ayrı-seçkilikdir. Bu fikirlər Borrelin düşüncəsini, mahiyyətini göstərir. Bütün bunlar, COP 29- un möhtəşəmliyinə, uğurlarına kölgə sala bilməz. Ümumiyyətlə, COP sammitlərini siyasiləşdirməyin özü yanlışdır. Söhbət Planetin xilasından, gələcəyindən gedir. İqlim dəyişikliyi Yer Kürəsində yaşayan 8 milyard insanın hər birisinin, BMT üzvü olan bütün dövlətlərin işidir. Burada beynəlxalq həmrəylik olmalıdır”.

Seçilən
52
xalq.az

1Mənbələr