AZ

"MEYVƏLİ BAZAR" DAİRƏSİNDƏ NİYƏ "İT YİYƏSİNİ" TANIMIR?- GENERAL RAMİZ ZEYNALOVA MÜRACİƏT

...Bu gün sürücülərin şikayəti əsasında Bakı Dairəvi Yolun "Meyvəli bazar" qarşısındakı dairədəki vəziyyəti izləməli olduq...

"KamAZ" sürücüsü Rüstəm Qurbanov bildirir ki, bu dairədə bəzən tıxacın uzunluğu 300-500 metr olur. Sitat: "...Bu yolu tez- tez keçməli oluruq. Maraqlı olan budur ki, Yol Polisinin avtomobilləri qaydanı pozaraq harda gəldi şütüyürlər, amma bu dairədəki inanılmaz kritik vəziyyəti nizamlamırlar. Sirena siqnalı yandırıb keçirlər istədikləri yerdən, sonra gedib dairənin qarşısında durub ov gözləyirlər ki, kim dairədən tez keçdi, kim kimi gözləmədi və s. Bu biabırçı və yol polisinin adına, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin adına, ünvanına yaraşmayan hərəkətdir. Yol polisinin vəzifəsi hərəkət iştirakçılarının rahatlığına xidmətdir. Bu ərazifə xidmət edən yol polisindən bəlkə də general Ramiz Zeynalovun xəbəri yoxdur... Qoy gəlib hər gün burda baş verənlərdən xəbərdar olsunlar. Azərbaycanda COP29 tədbiri keçirilir. Hamımız bu konfransa can- başla xidmət edirik, süni tıxaclara dözürük. Bəs bu ərazidəki yol polisi əməkdaşları kimə xidmət edir??? Daxili işlər naziri Vilayət Eyvazova deyin, burda uzun müddətdir baş verınlərdən xəbəri olsun...  Artıq bezmişik...".

Maraqlıdır, ərazidı olduğumuz məqamda süni tıxacda ən azı yüzdən çox avtomobil sıralanmışdı. 99YP125 və 99YP174 DYP avtomobilləri isə heç nə olmamış kimi, aradan çıxıb getdilər... Niyə? Belə olmalı idimi! Niyə tıxaclı yollarda DYP inspektorları qanuni vəzifələrini yerinə yetirmir, amma avtobus yolunu məcburən 10 sm kəsib keçən sürücülərə 100 manat cərimə, 2 bal cərimə cəzası kəsməkdə həvəslidirlər??? Yəni, dünya təcrübəsini öyrənib Azərbaycana tətbiq edənlər əhalimizin sosial durumunu, ölkə yollarının dünya standartına uyğunluğunu niyə nəzərə almaq istəmirlər? Öz vətəndaşına qənim kəsilmənin mahiyyətində nə durur? Dövlət Büdcəsini cərimələrlə doldurmaqmı?!

"Təzadlar"ın Araşdırma Qrupu olaraq gördüklərimiz şikayətçi sürücülərin haqlı olduğunu təsdiqlədi... Daha geniş reportaj təqdim ediləcək...

Foto və videoları təqdim edirik... Özünüz nəticə çıxarın...

img_5245

img_5240

 

 

Seçilən
46
tezadlar.az

1Mənbələr