ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Milli Kəşfiyyat Müdirliyi (DNI) ilə birlikdə ümumilikdə 757 hadisəni əhatə edən "Naməlum Anomaliyalar (UAP)" hesabatını Konqresə təqdim etdiklərini açıqlayıb.Pentaqonun verdiyi açıqlamada hesabatın 2022-ci Maliyyə İli Milli Müdafiə İcazə Aktına uyğun olaraq Nazirliyin Bütün Ərazi Anomaliyaların Həlli Ofisi (AARO) tərəfindən hazırlandığı bildirilib.Qeyd edilib ki, builki hesabata 1 may 2023-cü il - 1 iyun 2024-cü il tarixləri arasında ümumilikdə 485 hadisə, həmçinin 2021 və 2022-ci illərdə baş vermiş, lakin AARO-ya bildirilmədiyi üçün qeydə alınmayan 272 UAP hadisəsi yer alıb.Açıqlamada bu il qeydə alınan hadisələrdən 118-nin hava şarları, quşlar və pilotsuz uçuş aparatları səbəbindən aradan qaldırıldığı, digər hallarla bağlı araşdırmaların davam etdiyi bildirilib.AARO-nun indiyədək araşdırdığı UAP işlərinin ümumi sayının 1 iyun 2024-cü il tarixinə 1600-ü ötdüyü diqqətə çatdırılıb və bildirilib ki, UAP hadisələrinin yaratdığı potensial təhlükələrin təhlili və başa düşülməsi bir çox nazirliyin və qurumların iştirak etdiyi birgə səylə davam edir.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta