AZ

COP29 ev sahibləri iqlim müdafiəçilərini həbs etməkdə ittiham olunur

Məqalə barədə məlumatMüəllif, Esme StallardVəzifə, İqlim və elm müxbiri, BBC News

İnsan haqları müdafiə qruplarına görə, Azərbaycan hökuməti ətraf mühit fəallarına və digər siyasi opponentlərə qarşı təzyiqdə COP29-dan istifadə edir.

Artıq üçüncü ildir ki, iqlim sammitinə ev sahibliyi edən ölkələr təzyiqdə və qanuni etiraz hüququnu məhdudlaşdırmaqda ittiham olunur.

Təxminən 2000 iqlim qrupundan ibarət İqlim Fəaliyyət Şəbəkəsi BBC News-a bildirib ki, əgər ölkələr iqlim dəyişikliyi ilə bağlı irəliləyiş əldə etmək istəyirlərsə, vətəndaş cəmiyyətinin qorunması çox vacibdir.

Azərbaycan hökuməti bu iddiaları rədd edir və ölkədə heç bir "siyasi məhbus" olmadığını bildirir.

Azərbaycan

Şəklin mənbəyi, Getty Images

Seçilən
44
bbc.com

1Mənbələr