Ölkəmizdə sürətlə benzin və dizel yanacağı ilə çalışan maşınların elektromobillərlə əvəz olunması gözlənilir. Dünyada kifayət qədər məşhur olan bu üsulun Azərbaycanda da tətbiq olunması gözlənilirmi?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında nəqliyyatı eksperti Elməddin Muradlı bildirib ki, avtomobillərin elektromobillərlə əvəz olunması gözləniləndir:
“Elektrik avtomobillərlə bağlı dünyada elə bir proses gedir ki, bir qədər insanlar tərəddüd edirlər, bu avtomobillərin gələcəyi varmı deyə.
Ola bilər dünya ölkələri, xüsusi ilə də kütləvi şəkildə avtomobil istehsal edən ölkələr bu prosesə daha tez keçid etsin. Azərbaycanın özünün tam avtomobil istehsalı olmadığına görə (ölkədə istesal olunan avtomobillər fərqli ölkələrlə müştərək yığılan avtomobillərdir) bu prosesə sürətli keçid hələ ki, gözlənilən deyil. Hesab edirəm ki, möhkəm iradə olarsa, nizamlı, planlaşdırılmış formada işlər görülərsə bu hədəfə çata bilərik. Avtomobillərin elektromobillərlə tamamilə əvəz olunması hədəfi fikirimcə 30-40 ərzində reallaşa bilər”.