AZ

Peskov Putinlə Şoltsun nə danışdıqlarını açıqlayıb

"Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şoltsun telefon danışığı ilk növbədə Ukrayna münaqişəsinə həsr olunub".

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, dialoq Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

“Müzakirələr kifayət qədər təfərrüatlı, ilk növbədə Ukrayna mövzusu ilə bağlı idi və səmimi idi. Amma təbii ki, burada fikirlərin hər hansı üst-üstə düşməsindən danışmağa ehtiyac yoxdur”, - Peskov bildirib.

Mətbuat katibi əlavə edib ki, mövqelərin müxtəlifliyinə baxmayaraq, dialoq faktının özü müsbət siqnaldır. Peskov onu da qeyd edib ki, Şoltsun Ukrayna məsələsində mövqeyi hamıya məlumdur, çünki digər avropalı siyasətçilər bunu müntəzəm olaraq səsləndirirlər.

QAZİLER.AZ

Seçilən
33
50
qaziler.az

10Mənbələr