AZ

Metyu Brayza: "COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakıya əlavə imkanlar yaradır"

"Hər şeydən əvvəl Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyinə görə təbrik edirəm. Bu yalnız ən böyük iqlim tədbiri deyil, həm də ilin ən böyük tədbiridir".

Bunu Oxu.Az-a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin ölkəmizdəki sabiq səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, Azərbaycan qlobal istiləşmənin qarşısının alınması və yaşıl enerji məsələsində önəmli rol oynamağa başlayan ölkələrin sırasına qoşulub:

"Sözügedən beynəlxalq tədbir Azərbaycan dövlətinə ölkə ilə bağlı həqiqətləri çatdırmaq imkanı verir. Rəsmi Bakı Avropaya təbii qaz təchizatını şaxələndirməyə kömək etməklə yanaşı, yaxın gələcəyə hesablanmış Qara dəniz, Xəzər dənizi, Mərkəzi Asiya vasitəsilə yaşıl enerjinin ötürülməsi ilə bağlı layihələrlə bölgə lideri olmağa başlayıb.

Azərbaycan uzun illərdir, heç bir geosiyasi blokun tərkib hissəsi olmadan Qoşulmama Hərəkatına liderlik edir və hamımızın 1,5o - 2oC dərəcə artan qlobal istiləşmənin qarşısının alınması hədəfini bölüşür".

"COP29, həmçinin, Azərbaycana öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş qalib ölkə olduğunu, onun haqqında əvvəllər səsləndirilən ədalətsiz fikirlərin doğru olmadığını dünyaya göstərmək üçün əlavə imkan yaradır", - deyə M.Brayza fikrini tamamlayıb.


Seçilən
14
1
ekologiya.az

10Mənbələr