Türkiyənin Malatya vilayətinin Doğanşehir ilçəsində 3,9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar yerin 7,08 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.