AZ

Yaponiya bəşəriyyət üçün ölümcül olan virusları öyrənəcək

Yaponiyada insan həyatı üçün ən təhlükəli virusları öyrənəcək bioloji laboratoriya açılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb. Qeyd olunur ki, söhbət Ebola və Lassa qızdırması kimi ölüm faizi yüksək olan xəstəliklərdən gedir.

Agentliyin məlumatına görə, laboratoriya hələ dekabr ayında sınaq rejimində işə başlaya bilər. Laboratoriya ölkənin cənub-şərqindəki Naqasaki Universitetində yerləşəcək.

Nəşrin məlumatına görə, Yaponiyada artıq bir laboratoriya fəaliyyət göstərir. Maksimum biotəhlükəsizlik səviyyəsi dördüncü səviyyənin (BSL-4) xüsusiyyətlərinə malikdir. Bununla belə, onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhduddur - əsasən patogenlərin özlərini öyrənməkdənsə, infeksiyanın olması üçün testlərin aparılmasına diqqət yetirir. Dünyada 60-a yaxın bu cür bioloji laboratoriya var.

QAZİLER.AZ

Seçilən
143
50
qaziler.az

10Mənbələr