AZ

Azərbaycan Dünya Bankı ilə rəqəmsal bacarıqların inkişafını müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında rəqəmsal bacarıqların inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Dünya Bankının Rəqəmsal transformasiya üzrə vitse-prezidenti Sanqbu Kim ilə görüşdə baş tutub.

"Azərbaycanda rəqəmsallaşma sahəsində layihələrin həyata keçirilməsi, eləcə də təlim mərkəzinin yaradılması məsələsini müzakirə etdik. Rəqəmsal bacarıqların inkişafı və müvafiq sahələrdə təhsilin təşkilinə dair fikir mübadiləsi apardıq", - deyə nazir əldə edib.

Seçilən
41
9
report.az

10Mənbələr