AZ

Peskov: Putinlə Şolzun söhbətində alman tərəfinin təşəbbüsü vacibdir

Peskov: Putinlə Şolzun söhbətində alman tərəfinin təşəbbüsü vacibdir

Almaniya kansleri Olaf Şolzun Rusiya prezidenti Vladimir Putinə telefon danışığı faktı Moskvanın mövqeyini birinci əldən öyrənmək üçün siyasi iradədən xəbər verir.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. "Söhbət alman tərəfinin təşəbbüsü ilə baş tutub", - deyə o qeyd edib. Peskovun sözlərinə görə, bu yolla mövqeləri müqayisə etməyə cəhdlər edilir, bu mövqeyi birinci əldən öyrənmək üçün siyasi iradə nümayiş olunur: "Bu, əlbəttə ki, məmnunluq doğurmaya bilməz".Kreml nümayəndəsi qeyd edib ki, Putin və Şolz arasında dərin fikir ayrılıqları var, lakin dialoqun özü müsbətdir.“Müzakirələr, ilk növbədə, Ukrayna mövzusu ilə bağlı kifayət qədər ətraflı olub, amma təbii ki, burada fikirlərin yaxınlaşması barədə danışmağa ehtiyac yoxdur, dialoq çox müsbətdir. Vladimir Putin Şolza baş verənlərlə bağlı baxışımız, vəziyyətin mümkün inkişaf perspektivlərini və s. haqqında ətraflı danışdı".

Seçilən
26
50
afn.az

10Mənbələr