AZ

Amerikalı senatorlar Maskın Rusiya ilə əlaqələrini yoxlamağı tələb ediblər

İki demokrat senator Pentaqona və ABŞ Ədliyyə Departamentinə müraciət edərək, iş adamı Elon Maskın Rusiya hakimiyyəti, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə iddia edilən təmaslarını araşdırmağa çağırıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı parlamentarilərin məktubuna istinadən məlumat yayıb.

Baş prokuror Merrik Qarlanda və Pentaqonun baş müfəttişinə göndərilən məktubda senatorlar Cin Şahin və Cek Rid bu əlaqələrin “SpaceX”in ABŞ hökuməti ilə müqavilələrinə mümkün təsirindən narahat olduqlarını bildiriblər. Sənəddə qeyd edilir ki, dövlət büdcəsindən milyardlarla dollar alan Maskın əslində Rusiya ilə əlaqələri olduğu ortaya çıxarsa, bu, onun podratçı və təhlükəsizlik rəsmiləşdirilməsinin sahibi kimi etibarlılığını şübhə altına alacaq. Senatorlar şübhələr təsdiqlənərsə, sahibkarın dövlət satınalmalarında iştirakdan kənarlaşdırılması imkanlarının nəzərdən keçirilməsini təklif ediblər.

QAZİLER.AZ

Seçilən
34
qaziler.az

1Mənbələr