Amerikalı demokrat senatorlar ABŞ federal hakimiyyət orqanlarından "SpaceX"-in qurucusu İlon Maskın Rusiya tərəfi ilə əlaqələrinə dair iddiaları araşdırmağı xahiş ediblər. AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Nəşr senatorlar Canne Şaheen və Cak Ried tərəfindən ədliyyə katibi - ABŞ-ın baş prokuroru Merrik Qarlanda, həmçinin Pentaqonun baş müfəttişinə ünvanlanan məktubla tanış olublar. Mesajda qeyd edilir ki, araşdırma aparmaq və Maskın "SpaceX" şirkətinin dövlət müqavilələrini almaq hüquqlarından məhrum edilib-edilmədiyini qiymətləndirmək lazımdır.Məktubda deyilir: “ABŞ-ın tanınmış rəqibi ilə milyardlarla dollarlıq hökumət maliyyəsini alan cənab Mask arasında olan bu münasibət cənab Maskın dövlət podratçısı və təhlükəsizlik rəsmiləşdirilməsi sahibi kimi etibarlılığına dair ciddi suallar yaradır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta