AZ

Boşanmaların bir səbəbi cinsi uyğunsuzluq imiş

Bu gün boşanmalar sürətlə artır.

Boşanmaların artmasına səbəb kimi müxtəlif amillər izah olunur.

Bu səbəblərdən biri də cütlüklər arasında cinsi uyğunsuzluqdur.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, seksual uyğunsuzluq ailədə müəyyən sıxılmalara səbəb olur: 

“Kişi qadının gözündən düşür. Bu uyğunsuzluğun əmələ gəlməsi həm bu sahədə savadın az olmasından, həm də bu sahə ilə bağlı mütəxəssislərə müraciət etməyə utanmaq, çəkinməkdən, mental dəyərlərdən irəli gəlir. Çox zaman qadınlar da, kişilər də dözüb yaşayırlar. Onu da deyim ki, bəzən tərəflər xasiyyətləri uyğun gəlmədiyi üçün bir-biriləri ilə daim mübahisə edir və avtomatik olaraq seks həyatı yaşanmır. Ona görə də, bir-birilərindən soyuyur və daha sonra ayrılırlar. Danılmaz faktdır ki, bu gün ayrılmaq hazırda daha da asanlaşıb”.

Sevinc

Seçilən
45
hit.az

1Mənbələr