Almaniyanın "Bavariya” klubunun futbolçusu Tomas Müller həyat yoldaşına təyyarə hədiyyə edib.
"Qafqazinfo” xəbər verir ki, bu haqda "Bunte” nəşri məlumat yayıb.
Qeyd olunub ki, ulduz futbolçunun xanımı Lizaya aldığı 8 nəfərlik təyyarənin dəyəri 2 milyon avrodan çoxdur.
Lisa Müllerin bu hədiyyənin ardınca pilotluq dərslərinə qatıldığı da iddia olunub.