AZ

Amerika hərbçiləri ermənilərə dərs keçir

ABŞ ordusunun mütəxəssisləri Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri üçün seminar keçirir.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər ysyıb. Tədbir noyabrın 12-da başlayıb və Ermənistan Müdafiə Nazirliyinin yurisdiksiyasında olan Milli Müdafiə Araşdırma Universitetində baş tutub. Seminar “Ermənistanın müdafiə sferasının transformasiyası” adlı dərslər silsiləsi çərçivəsində keçirilib.

Görüşdə Amerika tərəfini Pentaqona və Dövlət Departamentinə tabe olan idarələrin mütəxəssisləri, Ermənistan tərəfini isə Müdafiə Nazirliyinin bölmələrinin və ER Silahlı Qüvvələri Baş Qərargahının nümayəndələri təmsil ediblər. Yekun iclasda Ermənistan Müdafiə Nazirliyi rəhbərinin birinci müavini Edvard Asryan da iştirak edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
editor.az

1Mənbələr