AZ

Naxçıvanda bu il vergi ödəyicilərinə xidmət mərkəzlərində 38 minə yaxın şəxs qəbul edilib

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 37 568 şəxs qəbul edilib.

Fins.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 50 437 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

Ümumi xidmətlərin 91 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Asan İmza sertifikatının verilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergi ödəyicisinə arayışların verilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

• Fiziki şəxsin uçotdan çıxarılması.

10 ay ərzində vergi ödəyicilərinə 485 299 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 79 görüş keçirilib, 574 sayda ünvanlı xidmət göstərilib.

Fuad Mədətov
Fins.az

phrase_var_article.chosen
65
3
fins.az

10phrase_var_article.sources