AZ

"​Yuventus​" Poqba ilə bağlı qərarını verdi

"Yuventus" Pol Poqba ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlayıb.Metbuat.az xəbər verir ki, klubdan verilən açıqlamada Pol Poqba ilə 30 noyabr 2024-cü ildən etibarən müqavilənin ləğvi barədə qarşılıqlı razılığa gəldikləri bildirilib. Qeyd edək ki, Pol Poqba 2023-cü ilin avqustunda dopinq testinin müsbət nəticəsi səbəbindən 4 illik yarışdan uzaqlaşdırma cəzası almışdı. Lakin bu cəza sonradan CAS tərəfindən 18 aya endirilib. Təcrübəli yarımmüdafiəçi 2025-ci ilin martın 11-dən etibarən yenidən meydana çıxmaq şansı əldə edəcək.

31 yaşlı futbolçu "Juventus"da ildə 10 milyon avro maaş alırdı. Karyerası ərzində yalnız "Mançester Yunayted" və "Yuventus" kimi nəhəng klublarda çıxış edən Poqba ümumilikdə 446 oyunda 76 qol vurub, 96 məhsuldar ötürmə edib.

Seçilən
48
metbuat.az

1Mənbələr