AZ

Ən tez sındırılan parollar hansılardır? - Bu adlardan istifadə etməyin!

“NordPass” 2024-cü ildə sındırılan və ictimaiyyətə açıq olan və ümumi həcmi 2,5 terabayt olan parolları təhlil edərək, ən populyar və eyni zamanda, zəif olan 200 parolu tərtib edib.

Ölkə.az Sfera.az-a istinadən xəbər verir ki, ilk onluqda olan zəif parollar ildən-ilə praktiki olaraq dəyişməz qalır.

Məlumata görə, daha tez sındırılan parollar bunlardır: 123456; 123456789; 12345678; password; qwerty123; qwerty1; 111111; 12345; secret; 123123.

“NordPass” qeyd edib ki, bu parolların əksəriyyətini bir saniyədən az müddətdə sındırmaq olur.

Qeyd edək ki, “NordPass” xüsusi parol meneceridir. O, istifadəçilərinə parollarını nizamlamağa və qeydləri tək şifrlənmiş anbarda saxlamaqla təhlükəsizliyə imkan verir. “NordPass” təhlükəsizliyi artırmaq üçün ən azı 8-10 simvol uzunluğunda və qarışıq hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət parollardan istifadə etməyi tövsiyə edir. İstifadə olunan bütün xidmətlərdə iki faktorlu autentifikasiyanın aktivləşdirilməsi də məsləhət görülür.

Seçilən
104
3
olke.az

10Mənbələr