AZ

Ovannisyan sirləri açdı: Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür?

“Beynəlxalq aktorlar Ermənistanı yönünü itirmiş, müharibədən sonrakı yenidənqurmaya yol tapa bilməyən dövlət kimi qəbul edirlər”.

Turkustan.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasından olan sabiq deputat, politoloq Vahe Ovannisyan deyib.

O bildirib ki, Nikol Paşinyan başda olmaqla hakim qüvvənin nümayəndələrinin erməni xalqının milli simvollarına və qəhrəmanlarına hücumları xarici auditoriyaya siqnaldır.

“Paşinyanın sözləri onu göstərir ki, bizim səhvləri düzəltmək, dünyada və regionumuzda baş verənləri anlamaq, məğlubiyyətdən sonra bərpa yolu tutmaq üçün resurslarımız yoxdur. Bu, yeni faciəyə gətirib çıxara bilər. Hazırda Ermənistan açıq dənizdəki “odun parçası” kimidir. Bu isə adətən fəlakətlə başa çatır. Ermənistanın fəlakətə doğru hərəkətini hakimiyyətlə əlaqəsi olmayan, həm daxili, həm də xarici siyasi vəziyyəti keyfiyyətcə dəyişməyə qadir yeni siyasi birləşmələrin dayandırması mümkündür”, – deyə Ovannisyan vurğulayıb./globalinfo.az/

Seçilən
59
turkustan.az

1Mənbələr