AZ

Aİ komissarı: "Bu, qəbuledilməzdir"

"İsrailin Livanın Baalbek şəhərinə hücumunda 12 tibb işçisinin öldürülməsini şiddətlə qınayırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell deyib.

O, sosial medai hesabında yazıb ki, bu, qəbuledilməz haldır: "Tibb işçilərinə və xəstəxanalara hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Təəssüf ki, belə hallar Suriyadan Ukraynaya və ya Sudana qədərki münaqişələrdə də təkrarlanır. İstər ehtiyatsızlıq, istərsə də qəsdən olsun, bu, insan ləyaqətinə açıq hücum və fundamental insan hüquqlarının açıq şəkildə pozulmasıdır".

Samir Musayev

MİA.AZ

Seçilən
50
mia.az

1Mənbələr