AZ

İsrail Suriyada tarixi körpüləri məhv etdi

İsrail Suriyanın Livanla sərhədi yaxınlığındakı Əl-Quseyr şəhərinə endirdiyi zərbələr zamanı iki tarixi körpü də daxil olmaqla yeddi körpünü tamamilə və ya qismən dağıdıb.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın “Şam FM” radiostansiyasına şəhər administrasiyasının rəhbəri Ramez Saadia bildirib.

O bildirib ki, yerli qurumlar sakinlərin, yanğınsöndürənlərin və xilasedicilərin şəhərlə əlaqəsi kəsilmiş ərazilərə çıxışını təmin etmək üçün müvəqqəti çay keçidlərinin tikintisi üzərində işləyir.

Qeyd edək ki, oktyabrın sonların etibarən Suriyanın Livanla sərhəd əraziləri də İsrailin mütəmadi hücumlarına məruz qalır.

Seçilən
39
2
axar.az

10Mənbələr