AZ

Dəm qazından ölən tələbələr eyni rayonun sakinləri imiş - FOTO

Bu həftə dəm qazından vəfat edən tələbələr Balabacı Manafova və Nərmin Hüseynova eyni rayonun sakinləri olublar.

 

Modern.az-ın məlumatına görə, Balabacı Manafova Azərbaycan Dövlət Iqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi olub.

 

Xaçmaz rayonunun Çinartala kəndindən olan tələbə bir ay öncə ailə həyatı qurub. 1999-cu il təvəllüdlü Balabacı Manafova noyabrın 13-də ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib.

 

Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Noyabrın 15-də isə Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Hüseynova Kamal qızı vəfat edib.

 

O, Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq həyatını itirib.

 

Tələbə Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
101
modern.az

1Mənbələr