AZ

Uçuş zamanı dəhşət yaşayan sərnişinlər təyyarəni çevirdilər - FOTO

Skandinaviya Hava Yollarına məxsus Boeing Stokholm hava limanından havaya qalxaraq Mayamiyə doğru Atlantik Okeanı üzərindən hərəkət etməyə başlayıb. O, yolun yarısına çatdıqda, sərnişinlər gözlənilməz turbulentliyə düçar olan təyyarədə bir macəra yaşayıblar. Nəticədə uçuş ləğv edilərək Avropaya qaytarılıb. Sərnişinlərin çəkdiyi videoda oturacaqlarına atılan insanların qışqırtılarını eşidə bilərsiniz. Hadisədən sonra kabinənin döşəməsi sınmış əşyalarla dolub. 

 

Sfera.az bildirir ki, Stokholmdan Mayamiyə uçan Boeing-in göyərtəsində 254 sərnişin olub. Təyyarə 8 km yüksəklikdən düşməyə başlayanda insanlar qorxaraq qışqırmağa başlayıblar. Təyyarədə olan sərnişinlər qəzadan sağ çıxıb, Mayamiyə çatmayıblar.

 

Qeyd edək ki, SAS957 A333 təyyarəsi Qrenlandiya üzərində turbulentliklə qarşılaşıb. Həmin vaxt o, təxminən dörd saat havada olub və buraxılış yerindən təqribən 3-3,5 min km məsafəyə qədər uzaqlaşıb. 8 km hündürlükdə “Boeing” silkələməyə başlayıb: turbulentlik zonasına daxil olub. Sərnişinlərdən birinin çəkdiyi kadrlara görə insanlar təkanlardan qorxublar. Onların qışqıraraq öləcəklərini söylədikləri eşidilir. Butulkalar, telefonlar və başqa əşyalar göydə uçub. Bu arada insanlar xilasedici jiletləri geyinib, videoda gördüyümüz kimi stulların məhəccərlərini möhkəm tutublar.

 

Portal hadisədən sonra digər sərnişinlərin çəkdiyi fotoları dərc edib. Fotoda turbulentlikdən keçdikdən sonra təyyarənin salonundakı xaos əks olunub.

 

Məlum olub ki, təyyarə yarı yolda dönüb və Kopenhagendəki bazasına qayıdıb. Sərnişinlər oteldə yerləşdirilib və onlara başqa reyslə getmək imkanı verilib. Sərnişinlər Stokholmdan saat 12:55-də havaya qalxıblar, doqquz saat sonra (yerli vaxtla 17:45-də) Mayamiyə enmək planlaşdırılıb.

 

Jurnalistlərin məlumatına görə, təyyarənin göyərtəsində 254 sərnişin olub. Hadisə noyabrın 14-də baş verib.

 

Aynil 

Seçilən
49
sfera.az

1Mənbələr