AZ

Həm antidepresant, həm də sakitləşdirici içki

Mövsümlərarası fasilələrdə narahatlığımız artır, nəyinsə düzgün getmədiyini hiss edirik və əhvalımız tez-tez pisləşir. Bu zaman bizim hər zamankındən daha çox dəstəyə ehtiyacımız var. Belə çıxır ki, kakao vəziyyəti düzəldə bilər. Rusiyalı diyetoloq Mixail Ginzburq və doktor Sergey Aqapkin "Rossiya" kanalında "Ən vacibi haqqında" tok-şousunda onun müalicəvi xüsusiyyətlərindən danışıblar.

Mütəxəssislər qeyd ediblər ki, kakao paxlasından hazırlanan təbii içki, böyük miqdarda maqnezium ehtiva edir. Bu mikroelement sinir sistemində inhibitor prosesləri yaxşılaşdırır və narahatlığa faydalı təsir göstərir, onu azaldır. Beləliklə, bir stəkanın içində həm antidepresant, həm də sakitləşdirici olduğunu söyləyə bilərik.

“Gündə iki stəkan kakao kifayətdir və siz təkcə əhval-ruhiyyənizi deyil, həm də immunitetinizi qaldıracaqsınız. Bu, sübut edilmiş faktdır”,-deyə həkimlər bildiriblər.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
73
ikisahil.az

1Mənbələr