AZ

Maykl Ceksonunböyük bacısı görünüşü ilə hər kəsi şoka salıb - FOTO

Mərhum pop ulduzu Maykl Ceksonun böyük bacısı, müğənni LaToya Ceksonun həddindən artıa arıqlaması diqqət çəkib. Qardaşı Titonun ölümündən sonra o, sürətlə arıqlayıb ki, bu da təkcə ailəsini və dostlarını deyil, həm də çoxsaylı pərəstişkarlarını çox narahat edir.

 

Sfera.az bildirir ki, indi 68 yaşlı müğənninin çəkisi cəmi 44 kiloqramdır.

 

Qohumları La Toya səhhətini ciddi şəkildə pisləşməsindən və qardaşı Titonun ardınca məzara gedəcəyindən narahatdır. Tibb eksperti xəbərdarlıq edib ki, qadının çəkisi daha da aşağı düşərsə, həyatını xilas etmək üçün zorla qidalandırmaq lazım gələ bilər.

 

“Tito Cekson sentyabrın 15-də Nyu-Meksiko ştatının Gallup şəhərində 70 yaşında qəfil infarktdan vəfat etdiyindən bəri, La Toya sonu görünmədən sürətlə arıqlayır”-deyə yaxın dostu bildirib. 

 

"Ailə üzvləri və dostları çox narahatdırlar və onun bu dünyanı tərk edəcək Cekson ailəsinin növbəti üzvü olacağından qorxurlar"-deyə mənbə bildirib.

 

Onun sözlərinə görə, boyu 162,5 santimetr olan ulduz son vaxtlar 11 kiloqramdan çox arıqlayıb. Onun indi təxminən 44 kq çəkisi var və skelet kimi görünür.

 

 "La Toya zəif və qeyri-sağlam görünür. Dostları onun anoreksiyadan ölə biləcəyindən narahatdırlar"- Ceksonun ailəsinə yaxın mənbə deyir.

 

O, sözlərinə: "La Toya Titonu itirdiyi üçün stress keçirir. Tito ölməzdən əvvəl Almaniyada onunla birlikdə idi, indi onun üçün çox darıxır" - deyə davam edib.

 

La Toya Cekson sevgilisi Marsel Remus ilə, sentyabr 2024

 

Qeyd edək ki, Maykl Ceksonun 68 yaşlı bacısının 38 yaşlı daşınmaz əmlak agenti milliyətcə alman olan Marsel Remus ilə münasibətdə olduğu bildirilir.

 

Aysel

Seçilən
54
sfera.az

1Mənbələr