AZ

Bakıda “Slow Food” mövzusunda tədbir keçirilib - FOTO

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Slow Food” mövzusunda tədbir keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, iştirakçılara Azərbaycan milli şirniyyatları çay süfrəsinin elementləri kimi nümayiş olunub.

Azərbaycan Turizm Bürosunun Qastronomiya Turizminin İdarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova bildirib ki, aparılan qastronomiya strategiyası COP29-un çağırışlarına uyğundur.

“Qidaların hər birinin arxasına QR kodlar əlavə edilib. Nəticədə məhsul haqqında daha ətraflı məlumatla tanış olmaq mümkündür. “Tullantı yaratmadan dadına bax” şüarı ilə gələcək nəsillərə də eyni ekoloji dəyərlər ötürülür. DTA-nın əsas funksiyası qastronomiya turizmi olsa da, yeni əsasnamə ilə prosesləri uyğunlaşdırırıq. Nəticədə rəngarəng görüntülər əmələ gəlir”, - deyə o əlavə edib.


Bizim.Media

Seçilən
104
bizim.media

1Mənbələr