AZ

Ömrü 5 il uzadan qida açıqlandı

Müntəzəm olaraq üzüm yeyilməsi ömrü 5 il uzada bilir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Con Peççuto üzümün ömrü necə uzada biləcəyini belə açıqlayıb:

“Üzümdə olan kimyəvi maddələr zərərli xolesterini salır, bağırsaqda faydalı mikrobiomu artırır. Üzüm giləmeyvədir, onda olan antioksidantlar iltihabı azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır. Bundan başqa üzüm beyinə də yaxşı təsir edir. Alsheymer, demensiyadan qoruyur.

Siçanlar üzərində təcrübə göstərib ki, üzüm onların sağlamlığını artırıb və ömürlərini 3-5 il uzadıb. Ona görə də bacardıqca bol üzüm yeyin”.

Seçilən
64
5
axar.az

6Mənbələr