AZ

Müxalifət elan etdi: Prezident ölkədən qaçıb

Abxaziya müxalifəti prezident Aslan Bjaniyanın ölkədən qaçdığını elan edib.

Publika.az
Rusiya KİV-lərinə istinadən xəbər verir ki, prezidentin qaçdığını müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mika elan edib.

Onun sözlərinə görə, dövlət başçısının harada olduğu məlum deyil: “Biz Bjaniyanın hara, hansı istiqamətə getdiyini deyə biləcək insanları tapa bilmirik”.

O, əlavə edib ki, iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb. Prezident səhərə qədər əlaqə saxlamasa, onun istefası məsələsinə parlamentdə baxılacaq.

Qeyd edək ki, bundan öncə etirazçılar prezidentə istefa etməsi üçün bir saat vaxt vermişdi.

Seçilən
56
publika.az

1Mənbələr