AZ

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri TənziləNarbayeva noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatıSəttar Möhbalıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də BakıdaParlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığıilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalqtəşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçınınqatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167parlament üzvünün iştirakı gözlənilir.

Seçilən
14
49
az.trend.az

10Mənbələr