AZ

Bakıda TDT-nin ətraf mühit və ekologiya nazirlərinin toplantısı "Haber Global"ın obyektivində

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türk Dövlətləri Təşkilatının ətraf mühit və ekologiya nazirlərinin birinci toplantısı keçirilib.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı "Haber Global" süjet hazırlayıb.

Qeyd olunur ki, toplantıda təşkilata üzv ölkələr arasında ətraf mühit problemlərinin həlli və davamlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsi müzakirə edilib, daha sonra isə birgə fəaliyyət bəyannaməsi imzalanıb.

Toplantıda iştirak edən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum meşələşdirmədə Avropanın lider ölkəsi olan Türkiyənin təcrübə paylaşımına hazır olduğunu bildirib. Nazir iqlim dəyişikliyinin yaranmasında heç bir təsiri olmayan və ya ən az rolu olan ölkələrin yaşadıqlarına diqqət çəkib.

Daha ətraflı videoda:

Bakü'de COP29 Zirvesi Devam Ediyor pic.twitter.com/bX2G5YBhdo

— Haber Global (@HaberGlobal) November 15, 2024

Seçilən
99
2
hakimiyyet.az

2Mənbələr